Xəbərlər
UNEC THİK VII Yerli Şirkətlərin Tanıtım Sərgisində könüllü dəstəyi göstəriblər!

17-20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin birgə təşkilatçılığı ilə “VII Yerli şirkətlərin tanıtım sərgisi” uğurla keçirilib.
Sərgi çərçivəsində 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirib, 36 minə yaxın ziyarətçi sərgini ziyarət edib.
Dörd gün ərzində sahibkarlar, dövlət və özəl sektor nümayəndələri, eləcə də xarici qonaqlar bir araya gələrək yeni əməkdaşlıqlar qurdu, biznes əlaqələrini genişləndirdi və yerli məhsul və xidmətlərlə yaxından tanış oldular.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi sərginin təşkilati prosesinə könüllü dəstəyi göstərib.
Tədbirdə 200-ə yaxın könüllü tələbə fəal iştirak edərək ziyarətçilərin qarşılanması, yönləndirilməsi, stendlər üzrə məlumatlandırılması və ümumi təşkilati işlərin həyata keçirilməsində böyük məsuliyyətlə çalışmışdır.
Sərginin sonunda təşkil olunan təltifetmə mərasimində fəal iştirak edən könüllülər sertifikatlarla mükafatlandırılıblar.
Sərginin yekun qala gecəsində UNEC Yaradıcılıq Mərkəzinin Rəqs Ansamblı açılışda çıxış edib, fəal iştirakçılar və şirkətlər mükafatlandırılıb. Sərginin təşkilində göstərdiyi könüllü dəstəyə görə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əliyev İlkan plaketlə təltif olunub.
Sərginin uğurlu keçirilməsində ən fəal iştirak edən könüllülər UNEC THİK tərəfindən təşəkkürnamələrlə mükafatlandırılıblar.

























