Rəhbərlik

Sədr
Əliyev İlkan Elxan oğlu
1996: anadan olmuşdur.
Təhsil
2003–2012: Xırdalan şəhər 2 saylı orta məktəbdə təhsil almışdır.
2012–2014: İmişli şəhər V.Haqverdiyev adına tam orta məktəbdə təhsilini davam etdirmişdir.
2014: Orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinə “Mühasibat uçotu və audit” ixtisası üzrə dövlət sifarişi ilə qəbul olunmuşdur.
2018: Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir.
2018: Həmin il UNEC Biznes Məktəbinin “Biznesin idarə edilməsi – Maliyyə üzrə” magistr proqramına qəbul olunmuşdur.
Karyera
2016: Mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
2016–2018: UNEC Karyera Mərkəzində təcrübəçi kimi çalışmışdır.
2016 və 2018: İmtahan sessiyalarında uğurlu nəticələrinə və həmkarlar ittifaqı fəalı olduğuna görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülmüşdür.
2016, 2017, 2018 və 2019: UNEC rektoru Ədalət Muradov tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
2017: YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının tələbələr üzrə koordinatoru olmuşdur.
2017–indiyədək: YAP Səbail Rayon Gənclər Birliyinin idarə heyətinin və şurasının üzvüdür.
2018: 11 aprel prezident seçkilərində fəal iştirakına görə YAP Səbail rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2021 və 2023: “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə YAP Səbail rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2021: Təhsil İşçiləri Respublika Komitəsinin 100 illik yubileyi münasibətilə döş nişanı ilə təltif olunmuşdur.
2021–2023: UNEC rektoru professor Ədalət Muradov tərəfindən Təşəkkürnamə ilə təltif olunmuşdur.
2022: Sosial-ictimai fəaliyyətinə görə YAP Səbail rayon təşkilatı tərəfindən “İlin Gənci” adına layiq görülmüşdür.
2022: Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
2023: YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tərəfindən Fəxri Fərman ilə təltif olunmuşdur.


